Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:34
-

“Qanun” nəşriyyatında Eyvaz Zeynalovun “Bələdçi” adlı kitabı nəşr edilib.

Kitaba yazıçının iki – “Bələdçi” və “Qisas” romanları daxildir.

“Bələdçi” romanında gənc Rüstəmin çaxır zavodunda yük vaqonu bələdçisi kimi işə düzəlməsindən, Rusiyanın şəhərlərinə çaxır daşımasından və bu zaman həmin şəhərlərdə, yollarda rus qızları ilə başına gələn çoxsaylı macəralardan bəhs olunur.

“Qisas” romanında isə cavan, istedadlı alim Sabir müəllimin cəmiyyətdə öz yerini tapa bilməməsindən, sevdiyi elm sahəsindən ayrı düşməsindən və onu təhqir edən polis rəisindən qisas almağa çalışmasından danışılır.

Kitab artıq kitab mağazalrında satışdadır.

Eyvaz Zeynalovun "Ədəbi Azadlıq-2010" müsabiqəsində birincilik qazanmış "Əli metroda işləyir" hekayəsini oxu

Günün bütün mövzuları

XS
SM
MD
LG