Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:54

ACP-çi fəal 10 sutka cəza aldı [Video]


-
İyulun 21-də - bazar günü gənclərin Fəvvarələr Meydanına təyin etdikləri aksiya zamanı saxlanan Açıq Cəmiyyət Partiyasından Vüqar Aslanov 10 sutka həbs cəzası alıb.

Bu haqda AzadlıqRadiosuna Xalq Cəbhəsi Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı deyib:

«Biz elə bilirdik ona xəbərdarlıq edərək buraxıblar. Ancaq bu gün öyrəndik ki, ona 10 sutka veriblər, özünü də aparıblar Binəqədi təcridxanasına. Biz bilmirdik aksiyanı kim təşkil edib. Qanunsuz həbslərə etiraz olaraq aksiyaya Vüqar Aslanov da qoşulub, ağzını yumaraq səssiz etiraz edib. Bu zaman polis onu həbs edib».

Bazar günü «Facebook» sosial şəbəkəsinin üzvlərindən ibarət naməlum qrup qanunsuz həbslərə etiraz olaraq Fəvvarələr Meydanına saat 15-ə etiraz aksiyası təyin edib. Aksiyadan az əvvəl ərazi polis nəzarətinə götürülüb. contact.az yazır ki, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhləb Bağırov da burda olub. O, saxlananların olmadığını bildirib.

Bu ilin yazında N!DA hərəkatının 7, Azad Gənclik Təşkilatının 1 və AXCP Gənclər Komitəsinin 1 fəalı saxlanıb və onlar haqda bir neçə aylıq həbs qətimkan tədbiri seçilib.

İyulun 15-də isə daha üç fəal 15 sutka inzibati həbs cəzasına məhkum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG