Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:45
-
Azərbaycan ədəbiyyatının bənzərsiz söz ustadı, şair və dramaturq Hüseyn Cavidin əsərləri Türkiyədə çapdan çıxıb.

Xəbəri Mədəniyyət və Turizm İdarəsi yayıb.

Xəbərdə deyilir ki, Hüseyn Cavidin yaradıcılıq incilərinin toplandığı monumental əsər «Kaspi» qəzetinin və «Kaspi» Təhsil Mərkəzinin təşəbbüsü və maliyyə yardımı ilə Türkiyədə işıq üzü görüb.

«Hüseyn Cavidin əsərləri» kitabı ilk dəfə müasir türk dilinə uyğunlaşdırılaraq nəşr olunub.

Türkiyənin məşhur «Küsena Yayınları»nın nəfis tərtibat və xüsusi zövqlə nəşr etdiyi kitabın tərtibçisi və «Ön söz» müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Azər Turandır.

Azər Turan «Ön söz» əvəzi yazdığı «Yerə enməm də səma şairiyəm» başlıqlı məqaləsində türkçü şairin həyat və yaradıcılığından, canından artıq sevdiyi millət uğrunda mübarizədə haqsızlıqlarla üzləşməsindən, başına gətirilmiş müsibətlərdən yığcam və oxunaqlı bir dillə söz açıb.

Kitabda ədibin pyesləri, İstanbulda oxuduğu illərdə qələmə aldığı əsərlər, eləcə də müxtəlif vaxtlarda yazdığı şeirlər yer alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG