Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:11

İçərişəhərdə 5 ev çöküb



İçərişəhər İlyas Əfəndiyev küçəsində 5 ev çöküb. Onlardan biri «Təmiz Dünya» İctimai Birliyinin yerləşdiyi ofis, qalan 4-ü isə yaşayış evidir. Hadisə iyulun 18-də baş verib. Sakinlər AzadlıqRadiosunun əməkdaşına bildiriblər ki, binaların çökməsinə səbəb arxa tərəfdə qazıntı işlərinin aparılmasıdır.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sakinlərə burda qalmağın təhlükəli olduğunu bildiriblər. Əşyalarını yerləşdirmək üçün bina sakinlərinə ünvan verilsə də, yaşamaq üçün yer verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG