Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:46

Belçika kralı II Albert taxt-tacı oğlu şahzadə Filipə təhvil verib


-
Belçika kralı II Albert 20 illik hakimiyyətdən sonra taxt-tacı oğlu şahzadə Filipə təhvil verib. Mərasim iyulun 21-də Brüsseldə baş tutub.
Kral II Albert son müraciətində xalqını bundan sonra oğlunu dəstəkləməyə və birliyə çağırıb.
79 yaşlı monarx hakimiyyətdən getməsini yaşı ilə əlaqələndirib.
Taxt-tacı rəsmən təhvil alan 53 yaşlı böyük oğul Filip Belçikanın sayca 7-ci kralıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG