Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:29

Bakıda açıq hava altında ictimai kitabxana açıldı -[Video]


-
İyulun 21-də Bakı şəhəri Süleyman Rüstəm küçəsi 35-də bir qrup gənc tərəfindən açıq hava altında ictimai kitabxana yaradılıb.

Kitabxanının ideya müəllifi Müşfiq Rəsulov və Turan Yusifova bunu «Ol» Hərəkatı çərçivəsində keçirilən «İctimai fəallıq şəbəkəsi» təlimində qrand layihəsi kimi irəli sürdüyüklərini deyiblər. Layihəyə cəmi 250 ABŞ dolları ayrılıb.

Gənclər endirimli kitab satışı kampaniyalarından yararlanaraq 50-60 kitab alıblar. Kitab həvəskarları həm də onlayn olaraq twitter və facebook üzərindən də kitab sifariş verə bilərlər. Hal-hazırda kitablardan 15-20 ədədi oxuculardadır. Müşfiq Rəsulov deyir ki, gəcəkdə başqa məhəllələrdə də belə ictimai kitabxanalar açmağı planlaşdırırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG