Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:06
-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

19.07.2013 08:01

NAXÇIVANDAKI ÜÇ BULAĞIN SİRRİ
Nuhun qədəm basdığı müqəddəs torpaqlarda bir Zəm-zəm misallı ortaya çıxan bu üç mineral bulaq (Badamlı, Sirab və Darıdağ) 6 tip, 16 sinif və 33 növə ayrılan 250-dən artıq mineral sular arasında niyə seçildi? Bu bulaqların yerləşdiyi üç nöqtəni xəritədə gözəyarı xətlərlə birləşdirdiyimiz zaman məhz qibləni göstərən bir üçbucağın yaranması təsadüfdürmü?
...Bu da 7-ci rəmz. Biz yeddi yazımızla “İn-anna”dan – “Möminə xatın”a...” qədərki türkün qadın-ana fəlsəfəsinin sirrini, “Su-mərlərdən Gəmiqayaya...” qədərki insanlığın qurtuluş fəlsəfəsini, “Yeröncək”dən Əlincəyə, yaxud ilk məskəndən son istinadgaha” qədərki azadlığı, kimliyi və torpağı uğrunda savaşmağın müqəddəsliyi¬¬ni öz baxışlarımıza görə şərh etməyə çalışdıq. “Əsha¬bi-Kəhf”in sirri və yaxud “Qurani-Kərim”də mağara sahiblərinin sayı ilə bağlı mübahisələr nəyə işarədir?” deməklə göndərilən üç tək¬allahlı dinin insanları birliyə səsləməsindən, çıraq işıqlı gecələrin nurlu sabahlarından danışdıq. “Nuhun “Hira”sı İlandağ, yaxud Haçadağ”ın havasını udmağa qalxdıq, Naxçıvana baxdıq və ana Vətən dediyimiz Azərbaycanın hər bir parçasının, hələ ayrı düşüb başını dik tutan bir parçasının daha müqəddəs olduğunu anlatdıq. “Naxçıvanı nəzərdən qoruyan Duzdağı”dır dedik, bununla da, bu diyarı sevməyənlərin, bu diyarı aldığı hansısa pullar hesabına “tənqid” obyektinə çevirmək istəyənlərin gözünə və yarasına “duz basdıq”. “Naxçıvandakı 3 bulağın sirri” dedik, su səpdik, sudan danışdıq. Diqqətlə oxuyanlar biləcəklər ki, əslində, biz bəşəriyyətin ikinci başlanğıcını götürdüyü torpaqlarda 4 başlanğıcın – torpağın, odun, havanın və suyun fəlsəfəsini hədəf almışdıq.
XİLASKARLIQ MİSSİYASI
Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında “Xilaskarlıq missiyası” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev bildirmişdir ki, müstəqil Azərbaycanın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin nurlu şəxsiyyəti, parlaq əməlləri dünya durduqca nəsillərə örnək olacaq fenomenal fəaliyyət nümunəsidir. 1944-cü ildən 1969-cu ilədək dövlət təhlükəsizlik orqanlarında fəaliyyət göstərən görkəmli dövlət xadimi Heydər Əliyev sovet rejiminin yaratdığı son dərəcə böyük çətinliklərə baxmayaraq, yeri gələndə həyatını təhlükə altına atmaq bahasına da olsa, Azərbaycanın mənafelərini hər şeydən uca tutmuş, bu yolda qətiyyətlə, əzmlə mübarizə aparmışdır. 1969-cu ilin 14 iyulunda Azərbaycana rəhbərlik etməyə başlayan dahi şəxsiyyət geridə qalmış bir respublikanı qısa müddətdə geniş tərəqqi yoluna çıxarmış, dünyada tanıtdırmışdır. Dahi rəhbər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə (1969-1982) bütün sahələrdə ölçüyəgəlməz uğurlar qazanılmışdır. 1982-87-ci illərdə daha yüksək vəzifədə – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyəndə də ulu öndər Azərbaycanın yüksəliş və tərəqqisi naminə möhtəşəm fəaliyyətini qətiyyətlə davam etdirmişdir.
XS
SM
MD
LG