Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:22
-
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə, 36883 abituriyent tələbə adı uğrunda mübarizə aparır.
İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 69 binada keçirilir.
2013-cü ildə I qrup üzrə ərizə təqdim edən 36883 abituriyentdən 34240 nəfəri Azərbaycan bölməsinin, 2643 nəfəri isə rus bölməsinin məzunudur. Ən yaşlı abituriyent 57 yaşında, ən gənc isə 15 yaşındadır.
İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək. I ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG