Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:48

Heydər Əliyev Fondu Pakistanda kimsəsizlərə iftar verib


-
Heydər Əliyev Fondu Pakistandakı «Edhi Homes» kimsəsizlər evində məskunlaşan uşaq və ahıllar üçün iftar süfrəsi təşkil edib.

Bu barədə iyulun 20-də AzərTAc məlumat yayıb.

İftar süfrəsi ilə bağlı təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun indiyə qədər Pakistanda keçirdiyi humanitar aksiya və yardımlar barədə məlumat verilib. Qeyd olunub ki, Fondun həyata keçirdiyi silsilə humanitar yardım proqramları çərçivəsində «Edhi Homes» kimsəsizlər evində sığınacaq tapan uşaqlar, həmçinin Xayber Paxtunxva əyalətinin on minlərlə sakini tibbi baxışdan keçirilib, hepatit B virusuna qarşı peyvənd vurulub. Bundan başqa, Peşəvər şəhərinin «Akbar Care» serebral iflic institutunda imkansızlar üçün müayinə təşkil edilib, «Kulsum International» xəstəxanasında pulsuz açıq ürək əməliyyatları aparılıb.

Bundan başqa, Həmza Fonduna müasir qanköçürmə avadanlığı və laboratoriyası ilə təchiz edilmiş təcili tibbi yardım maşını ilə yanaşı, 2000 ədəd qanköçürmə paketi verilib.

Xayber Göz Fondunun yeni binasının inşasına maliyyə dəstəyi göstərildiyi, Saif Fonduna maddi yardımlar olunduğu da bildirilir.

Mərasimdə o da vurğulanıb ki, 2007-ci ildə Pakistanın Müzəffərabad şəhərində zəlzələ zamanı dağılmış məktəbin yerində Heydər Əliyev Fondu tərəfindən yeni, müasir məktəb binası inşa edilib. 2012-ci ildə əsaslı təmirdən sonra bu tədris mərkəzinə Pakistan hökumətinin təşəbbüsü ilə Mehriban Əliyevanın adı verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG