Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:25

Jurnalist Nicat Dağlar gələn həftə Almaniyaya aparılır


-
Səhhətində problemlər yaranan jurnalist Nicat Dağlar müalicə üçün iyulun 25-də Almaniyaya aparılacaq.

Bu barədə AzadlıqRadiosuna jurnalistin qaynı Məqsəd Rəhimov məlumat verib:

«Biz Gürcüstandan dünən gecə Gəncəyə evə qayıtmışıq. Səhhətində problemlər olandan sonra iki dəfə Gürcüstanda olmuşuq. Sonuncu dəfə həkimlər müayinə etdilər və vəziyyətinin normallaşmağa doğru getdiyini bildirdilər. Amma dünən yolda, bu gün də evdə Nicatın burnundan yenidən qan açılıb. İndi Almaniyaya aparılması üçün hazırlıq görülür. Bütün müalicəsi dövlət hesabına aparılır».

Leykoz xəstəliyindən əziyyət çəkən jurnalistin səhhəti bir müddət əvvəl pisləşib. Jurnalistlərin və ictimai təşkilatların prezidentə müraciətindən sonra onun müalicəsini dövlət öz üzərinə götürüb.
XS
SM
MD
LG