Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:59

«Samsung»un bir illik qazancı ilə Azərbaycanın 10 illik qazancı arasındakı fərq


Qubad İbadoğlu
Qubad İbadoğlu
-
«İqtisadi artım, iqtisadi inkişaf deyil».

Bunu «Bizim yol»a müsahibəsində iqtisadçı Qubad İbadoğlu söyləyib.

Onun dediyinə görə, «Samsung» şirkəti yalnız «Qalaxy» mobil telefonun satışından ötən il 36 milyard, Azərbaycan isə 10 ildə neft satışından 35 milyard dollar qazanc əldə edib.

İqtisadçı əvvəlki illərlə müqayisədə bu il Azərbaycana daha çox investisiya qoyulacağına da inanmadığını deyir.

MİLLİ ŞURADA «BİR-BİRİNİ SÖYƏN DƏ VAR, ...»

«Azərbaycan» qəzeti yazır ki, «Milli Şura» rəqabət və mübarizə meydanına çevrilib.

Qəzetə görə, «qoca kinorejissorun yaratdığı qurumda hətta bir-birini söyən də var, satqın adlandıran da».

«Yeni Azərbaycan» qəzeti isə yazır ki, «qondarma «Milli şura» layihəsi xaricdəki antimilli mərkəzlərin ölkəmizə qarşı hazırladıqları qara piar kampaniyasının tərkib hissəsidir».

«RUSİYADAN AZƏRBAYCANA DAİR TƏHLÜKƏLİ HƏRBİ PLANLAR»

«Ayna» qəzeti «Rusiyadan Azərbaycana dair təhlükəli hərbi planlar» olduğunu yazır.
Xəzərdə Rusiya donanması
Xəzərdə Rusiya donanması
Qəzetə görə, eyni vaxtda Azərbaycanla Ermənistanı silahlandıran Rusiya Azərbaycanın müdafiə sənayesi müəssisələrinin işinə qatılmaq, Azərbaycan SQ üçün bir sıra ixtisaslar üzrə kadr hazırlığı işinə müdaxilə etmək niyyətindədir:

«Daha bir plan Xəzərdə birgə hərbi təlimlərlə bağlıdır. Xeyli öncə Xəzəryanı dövlətlərin Hərbi Dəniz Qüvvələrini özündə birləşdirməli olan «Kasfor» ideyasının puç olduğunu görən Rusiya region ölkələri ilə ayrı-ayrılıqda Xəzər əməkdaşlığını həyata keçirmək niyyətindədir. Rusiya Azərbaycanı birgə dəniz təlimlərinə cəlb etməklə, əslində Qərbin Xəzər enerji yataqlarının mühafizəsi uğrunda Bakıya edə biləcəyi yardımın qarşısını almağa çalışır».

«...HAKİMİYYƏT İNDİ DƏ MOSKVANIN DƏSTƏYİNƏ CAN ATIR»

«Yeni Müsavat» qəzeti hakimiyyətin «Putin layihəsi»ndən yazır. Qəzetə görə, iqtidar var qüvvəsi ilə Rusiya prezidentinin yaxın vaxtlarda Bakıya səfər etməsinə çalışır:

«Qərb və Türkiyə ilə münasibətləri qaydaya salan hakimiyyət indi də Moskvanın dəstəyinə can atır. Rejimin Vladimir Vladimiroviçin iki dodağı arasındakı sözə ehtiyacı var…».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG