Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:51

Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın baş verib


-
İyulun 19-u saat 16:10 radələrində Neftçala rayonunun pay torpaqlarında biçilmiş taxıl sahələrinə od vurulması səbəbindən yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, güclü külək nəticəsində yanğın sürətlə genişlənərək Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçib və 55 hektara yaxın ərazini əhatə edib. Qoruğun qamış və quru ot örtüyü yanıb.

ETSN-nin yerli qurumlarının əməkdaşlarının səyləri ilə yanğın saat 21:50 radələrində tam söndürülüb. Təqsirkarların tapılması üçün araşdırma aparılır.

ETSN bir daha əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG