Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:33

Əsgər hərbçi yoldaşını güllələyib


-
Azərbaycan Ordusunun əsgəri hərbiçi yoldaşını gülləyib.

apa-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən «N» saylı hərbi hissədə qeydə alınıb.

Milli Ordunun əsgəri, 1992-ci il təvəllüdlü Anar İbrahimov posta olarkən tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan atəş açılıb və güllə onun hərbçi yoldaşı, 1994-cü il təvəllüdlü əsgər Şamxal Cəfərova dəyib.

Nəticədə Ş.Cəfərov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən apa-ya faktı təsdiqləyiblər. Nazirlikdən bildiriblər ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
XS
SM
MD
LG