Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:08
Rusiyada Kirov məhkəməsi bir gün əvvəl haqqında həbs qərarı çıxan korrupsiya faktlarını araşdıran bloqqer, müxalifət fəalı Aleksei Navalnynın həbsdən buraxılması haqda qərar verib.

İyulun 18-də Navalny ittiham üzrə günahkar bilinmişdi və haqqında 5 il həbs cəzası çıxarılmışdı. Ancaq Cümə günü səhər dövlət ittihamçısı Sergei Bogdanov özü hakimə müraciət edib ki, apelyasiya şikayətinə baxılana qədər Navalnynı həbsdən azad eləsinlər.

Cümə günü keçirilən iclas zamanı prokurorun bu istəyinə Navalnynın özünün də reaksiyası kinayəli olub.

“Hörmətli məhkəmə, ilk öncə prokuror Bogdanovun kimliyinin dəqiqləşdirilməsinə, məncə, ehtiyac var. Ola bilsin bu onun bənzəridir və müxalifətçilər əsli ilə dəyişdiriblər. Çünki, eyni Bogdanov dünən israrla mənim elə məhkəmədəcə həbsimi tələb edirdi”.

Hakim Ignatiy Embasinov isə Navalnynı azadlığa buraxmaq tələbini maraqlı əsaslandırma ilə - Moskva meri vəzifəsinə seçkidə namizəd olması izahıyla qəbul edib. Navalny sentyabrın 8-də keçiriləcək Moskva meri vəzifəsi üçün indiki mer Sergei Sobyaninin ən real rəqibidir.

Hakim deyib ki, “Seçki kampaniyası vaxtı həbsdə qalması Nazavlnynın digər namizədlərlə bərabər imkanlara malik olmasını və seçilmək hüququnu əngəlləuə bilərdi”.

Bloqqeri dərhal azad ediblər, amma ona qeydiyyatda olduğu Moskva vilayətini tərk etmək qadağan edilib.

Azadlığa çıxan kimi Navalny hakimin də qərarını əsaslandırdığı seçki kampaniyası məsələsinə toxunub:

“Seçki kampaniyası davam edəcək, çünki bu bizim seçki komissiyası ilə yox, seçicilərlə işimizi nəzərdə tutur. Hansı formada əlaqə qurulacaq – boykotmu, ya təşviqatmı, bu qərarı Moskvaya qayıdıb seçki komandamla görüşdən sonra verəcəm”.

Müxalifət və beynəlxalq təşkilatlar bu sərbəst buraxılma olayını böyük sürpriz sayırlar. Çünki bir gün əvvəl 500 min dollar yaxın vəsaiti mənimsəməkdə günahkar bilinən Navalny 5, korrupsiya əməlində onunla əməkdaşlıqda ittiham olunan Pyotr Ofitserov isə 4 il müddətinə cəza almışdılar.

Həbs qərarını bir çox Qərb dövlətləri siyasi motivli adlandırıb tənqid etmişdilər. Moskvada isə bir neçə min adam Navalny haqda qərara etiraz olaraq aksiya keçirmişdi. Aksiyada saxlanan 150 nəfər xəbərdarlıq edilərək azadlığa buraxılmışdı.


MÜƏMMALI VƏ GÖZLƏNİLMƏZ QƏRAR

Prokuror Navalnynın azadlığa buraxılmasını seçkiylə əlaqələndirsə də, bloqqerlə birlikdə tutulan Ofitserov da apelyasiyasız buraxılıb. Üstəlik, ilk dəfədir ki, Rusiyada məhkəmə qərarından bir sutka keçməmiş hansısa şikayətə təkrar baxılır. Maraqlıdır ki, elə Navalnynın Moskva meri vəzifəsinə namizədliyini də iyulun 17-də, həbs qərarından bir gün öncə qeydə almışdılar.

Navalnının buraxılması Rusiyadakı vəkillər üçün də gözlənilməz olub. Hətta Robert Zinoviev Gazeta.ru saytına deyib ki, qaydalara görə prokurorun həbsini istədiyi adamı bir gün sonra buraxılmasını tələb etməyə səlahiyyəti çatmır.


NAVALNY KİMİN İSTƏYİ İLƏ BURAXILDI?

Moskvadakı siyasi şərhçi Mikhail Vinogradov isə AzadlıqRadiosuna deyir ki, “indiki mer Sobyanin sonradan legitimliyinə şübhə düşməsin deyə, Navalnynın iştirakını istəyir”. Çünki Navalnynın seçki qərargahı dünənki həbs qərarından sonra seçkini boykt etməkdən danışırdı.

Navalny buraxılandan sonra Sobyanin jurnalistlərə deyib ki, “qeydiyyatdan keçən bütün namizədlərin seçkidə bərabər iştirakından ötrü mümkün olan nə varsa edilməlidir”.

Rusiya müxalifətinin liderlərindən Boris Nemtsov da Navalnynı seçkidə iştiraka çağırıb. Deyib ki, əgər o seçkidə 1 milyondan çox səs toplaya bilsə, o zaman hakimiyyət onu təkrar həbsxanaya göndərməkdən çəkinər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG