Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:13
-
Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisi Mətanət Əzizova məlumat verib. Onun dediyinə görə, 2 naməlum şəxs oğlunun qarşısını kəsərək ona təzyiq göstəriblər:

«Onlar oğluma deyiblər ki, ananın və nənənin dilini yığışdır. Sən nə kişisən ki, anan polis idarələrini gəzir, qəzetlərdə şəkilləri çıxır? Oğlum etiraz etmək istəyəndə, qolundan tutub itələyiblər. Qolunda iz də var».

Mətanət Əzizova bunu özünün və Mirvari Qəhrəmanlının fəaliyyəti ilə əlaqələndirir. O, bu olayla bağlı polisə müraciət etməyəcəyini bildirir:

«Anamla mən hüquq müdafiəçisiyik. Ola bilər, onun korrupsiya ilə bağlı nəşrlərinə, mənim insan alveri ilə bağlı fəaliyyətimə görə olsun bunlar. Ancaq bununla bağlı polisə müraciət etməyəcəm. 2012-nin payızında mənə hədə-qorxu məktubu gəlib. Orada da məni övladımla hədələyirdilər. Sonra evimin qarşısında fiziki zorakılığa məruz qaldım. Hüquq-mühafizə orqanlarına müraciət etdim. DİN bu işlə məşğul olsa da, nəticəsini görmədik».

«HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ DÜŞMƏN GÖZÜ İLƏ BAXIRLAR»

Hüquq müdafiəçisi baş verən olaydan oğlunun psixoloji sarsıntı da keçirdiyini deyir:

«2 gün sonra oğlumun qəbul imtahanıdır. Bu hadisə onun imtahan nəticələrinə təsir edəcək. Onun insanlarla ünsiyyətinə də təsir edəcək».

Mirvari Qəhrəmanlı da nəvəsinə qarşı olan təzyiqi özünün və qızının fəaliyyətinə bağlayır:

«Qızımın insan alveri ilə bağlı fəaliyyəti var, mənim də zaman-zaman kəskin hesabatlarım olub. Hər ikimiz insan hüquqları ilə məşğuluq. Ola bilsin, bu bizim fəaliyyətimiz ilə bağlıdır. Hüquq müdafiəçilərinə düşmən gözü ilə baxırlar».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, hüquq-mühafizə orqanlarına operativ edilən müraciətlər nəticəsiz qalmır:

«Operativ olaraq edilən müraciətlər nəticəsiz qalmır. Ola bilsin, kimsə nə vaxtsa hadisədən 1 həftə sora məlumat verir. Əlbəttə ki, onun nəticəsi ləngiyə bilər. Ancaq operativ verilən məlumatlar nəticəsiz qalmır».

Günün bütün mövzuları

XS
SM
MD
LG