Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:22

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Panamada saxlanıb


Panamada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Milandakı ofisinin keçmiş əməkdaşı Robert Seldon Leidi saxlanıb.

İtaliya məhkəməsi bu il onu qiyabi şəkildə 9 il azadlıqdan məhrum edib.O 2003-cü ildə İtaliyada terrorçularla əlbir olmaqda şübhəli bilinən Misir vətəndaşını oğurlamaqda təqsirli bilinib.

Oğurlanan Osama Nasr təyyarə ilə Misirə aparıldığını, orda sorğu-sual və işgəncələrdən sonra sərbəst buraxıldığını deyir.

Pana hökuməti onun saxlanmasını təsdiqləsə də İtaliya hökuməti hələlik məsələyə rəsmi münasibət bildirməyib.

Ümumilikdə bu cür hallara görə İtaliyada 26 ABŞ məmuru mühakimə edilib.
XS
SM
MD
LG