Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:25

İlham Əliyev və Rüstəm İbrahimbəyovun LİKE nisbəti


-

Azə

seçki

Facebook-dan birbaşa şərh yaz
rbaycanda prezidenti MSK deyil, Facebook muəyyən etsəydi, qalib kim olardı?

Bəxtiyar Hacıyevlə AzadlıqFM-də siyasi qüvvələrin, iqtidarın və müxalifətin sosial şəbəkələrdən nə dərəcədə səmərəli istifadə etməsinə nəzər salırıq.


Bəxtiyar Hacıyev:

- Bu gün sosial media dünyanın bütün ölkələrində əhəmiyyət verilən sahədir.

- Hər bir siyasətçi sosial şəbəkələrdən özünün tanıtımı üçün istifadə etməlidir.

- Müxalifət liderlərindən Əli Kərimli və İsa Qəmbərin sosial mediada aktivliyi var.

- Əli Kərimli Facebookda aktiv olsa da, twitterdən az-az istifadə edir.

- İlham Əliyevin həm Facebook, həm tvitter səhifəsi var, həmçinin rəsmi sayt tez-tez yenilənir. Ancaq bəzi müxalifət partiyalarının hələ də saytı yoxdur.

- İnsanlar prezident İlham Əliyevin xanımıyla şam ağacı bəzədiyi şəkli maraqla qarşılayıb, dəfələrlə paylaşdılar. Bu, emosional təsirlə bağlıdır.

- Müəyyən məqamlarda siyasətçi siyasəti bir kənara qoyub, insanlara başqa tərəflərini göstərməlidirlər. Məsələn, musiqiylə, incəsənətlə, gənclik xatirələri ilə bağlı statuslar paylaşılmalıdır.

- Sosial şəbəkələr həm də emosiyaları ötürməyi bacarır.

- Gərgin vəziyyət yarandıqda siyasətçilər sosial şəbəkələrdən istifadə edib meydanlara toplaya bilərlər.

Fərhad Mehdiyev:

- Siyasət heç vaxt meydandan enməməlidir. Ancaq müasir texnologiyaların imkanlarını, təsirini də danmaq olmaz.

- Siyasətçilər sosial mediada xüsusilə, gənclərlə iş aparmalıdırlar.

- Virtual ünsiyyət meydanlardakı ünsiyyəti əvəz edə bilməz.

- Canlı siyasi ortam yaratmaq üçün küçələrdən istifadə olunmalıdır.
XS
SM
MD
LG