Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:09
-
Ötən ildən başlayaraq Gəncənin Nizami küçəsində bütün evlərin bir neçə kvadrat metrinin sökülməsi ilə yol genişləndirilməkdədir.

Lakin sakinlərdən biri Rövşən Ağamirov kompensasiya tələbini bildirərək evinin sökülməsinə mane olub.

Ailənin vəkili Emin Abbasovun AzadlıqRadiosuna dediyinə görə, Gəncə İnzibati İqtisad Məhkəməsinə müvəqqəti qorunma, yəni məhkəmə qərarı olmadan söküntüyə icazə verilməməsi haqda ərizə veriblər. Proses avqust ayına təyin olunub.

Vəkilin sözlərinə baxmayaraq, ev iyulun 17-də heç bir qərar olmadan sökülüb. Emin Abbasov deyir ki, 2 gün əvvəl ev sahibi Rövşən Ağamirov Gəncədə olub və icra hakimiyyəti ilə bir daha danışıqlar aparıb. Tələbi 50 min manat kompensasiya olub.

Ölkəni tərk edən ev sahibinin ardınca ümumi sahəsi 180 kvadrat metr olan ev sökülüb.

Vəkil Emin Abbasov deyir ki, mülkiyyətçinin hüquqları bərpa olunmasa, onlar daha yuxarı instansiyalara şikayət edəcəklər.

Gəncə şəhərinin baş memarı Əli Rüstəmli deyir ki, Gəncədə aparılan abadlıq işləri ilə bağlı müəyyən və ya bütöv hissəsi sökülən bütün evlər üçün kompensasiya və torpaq yerləri verilib.

Memar adıçəkilən şəhər sakininə nə qədər kompensasiya veriləcəyini bildirməsə də, deyib ki, ailə başqa yerdən torpaq sahəsi ilə təmin olunub.
XS
SM
MD
LG