Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:47

«Biz Mehriban Əliyevanın namizədliyini irəli sürdüyümüzü bəyan etmişik»


«Biz Mehriban Əliyevanın namizədliyini irəli sürdüyümüzü bəyan etmişik və axıra qədər də sözümüzün üstündə duracağıq».

Bunu AzadlıqRadiosuna müsahibəsində Demokratik Azərbaycan Dünyası Partiyasının ikiyə bölünmüş qanadlarından birinin sədri Sevda Xurşudova deyib.

O, bu təklifdən sonra onlara təzyiq edildiyi ilə bağlı deyilənləri də təkzib edib:

«Bizə qarşı pis münasibət yoxdur, əksinə hər yerdən bizim bu təklifə müsbət yanaşırlar. Hakimiyyət dairələrindən çoxunun bizim bu təklifə münasibəti çox yaxşıdır. Biz yaxın günlərdə qurultayımızı keçirib, bu qərarımızı rəsmiləşdirəcəyik».

Sevda Xurşudovanın sözlərinə görə, onların təklifini daha üç partiya dəstəkləyir.

«Onlardan biri Respublikaçılar, digəri də Mübarizlər partiyasıdır. Bu iki partiya açıq şəkildə Mehriban Əliyevanın namizədliyini dəstəkləyir və öz qərarlarını bu yaxınlarda keçirəcəkləri qurultayda açıqlayacaqlar. Üçüncü partiya isə hələ məsələni ictimailəşdirmək istəmir. Qısa bir zamanda bir araya gələcəyik və bir-birimizə dəstək olaraq addım atacağıq».

Azərbaycan Mübarizlər Partiyasının sədri Adil Müslümov deyilənləri təkzib etməsə də bütün məsələlərə yaxın günlərdə keçirəcəkləri mətbuat konfransında aydınlıq gətirəcəklərini bildirib. Respublikaçılar partiyasının sədrindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Hakim Yeni Azərbaycan Partiyası iyunun 7-də keçirdiyi qurultayında hazırkı prezident İlham Əliyevin namizədliyini irəli sürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG