Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:31

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq qapısı» - 16.07.2013 08:29

Meyvə-tərəvəz tədarükünə diqqət artırılır

Muxtar respublikada meyvə-tərəvəzin istehsalı və istehlakı arasındakı mövsümilik probleminin həll olunması daxili bazarda qiymət tənzimlənməsinin vacib şərti kimi qarşıda durur. Buna görə də son dövrlərdə istehsal olunmuş meyvə-tərəvəz məhsullarının soyuducu anbarlara tədarük olunması və ilin soyuq aylarında istixana komplekslərinin işinin genişləndirilməsi öz əhəmiyyətini göstərməkdədir.

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyindən aldığımız məlumata görə, 1 avqust 2012-ci il tarixdən ötən 11 ay ərzində muxtar respublikanın mövcud meyvə-tərəvəz saxlanma anbarlarına istehsalçılar tərəfindən tələbatdan artıq istehsal olunmuş 4658 ton məhsul tədarük edilmişdir ki, bunun da 2878 tonu kartof, 586 tonu soğan, 1179 tonu alma, 2.5 tonu sarımsaq və digər məhsullar olmuşdur.

Muxtar respublikada istixana komplekslərinin fəaliyyətinin genişləndirilməsi də öz bəhrəsini verməkdədir. Həmin dövrə dair verilən məlumatda muxtar respublikanın istixanalarından təqribən 31 ton pomidor, 46 ton xiyar, 2.2 ton lobya, 200 kiloqram göbələk olmaqla, cəmi 80 tona yaxın tərəvəz istehsal edilmişdir.

Görülən bu işlərin muxtar respublikamızda daxili bazarda qiymət tənzimlənməsinə təsiri böyükdür və gələcəkdə də öz əhəmiyyətini göstərəcəkdir.

Yeni sosial obyektlər inşa edilir

Şahbulaq kəndi Şərur rayonunun ucqar dağ kəndlərindən biridir. Cari ildə bu sərhəd kəndi də kompleks quruculuq tədbirlərinin həyata keçirildiyi tikinti meydançasına çevrilib. Belə ki, hazırda kənddə məktəb binası, kənd və xidmət mərkəzləri tikilir.

İş icraçısı Əli Məmmədovun verdiyi məlumata görə, zirzəmi ilə birlikdə üçmərtəbəli 110 şagird yerlik məktəb binasında əsas tikinti işləri yekunlaşıb, daxildə kommunikasiya xətləri çəkilib, fasad hissə suvanıb. Bundan başqa, obyektin dam örtüyü vurulur, daxildə suvaq işləri aparılır.

Məktəb binasının yaxınlığında yerləşən ikimərtəbəli kənd mərkəzində də inşaat işləri əsasən başa çatdırılıb. İnşaatçılar hazırda interyerin dizaynı, fasad hissənin suvanması ilə məşğuldurlar. Yaxın günlərdə qapı-pəncərələrin də salınmasına başlanılacaq.

Ucqar dağ kəndinin sakinləri üçün tikilən daha bir obyekt xidmət mərkəzidir. Burada da tikinti işləri başa çatdırılıb.
Kəndə gedən yolda da yenidənqurma işləri aparılır.

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur rayon İdarəsinin kollektivi obyektləri vaxtında təhvil vermək üçün səylə çalışır.
XS
SM
MD
LG