Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:18

Taliban Malalanın təhsil kampaniyasına görə güllələnmədiyini deyir


 Malala Yousafzai
Malala Yousafzai
"Talibançılar Malala Yusifzayı (Malala Yousafzai) onun qızların təhsil hüquqları uğrunda apardığı kampaniyaya görə küllələməyib. Bu hücum onun Talibanın Pakistanın şimal-qərbində şəriət qanunları tətbiq etmək istəməsini tənqit etməsinə görə törədilib".

Bunu Pakistan taliblərinin komandiri Adnan Rasheed bəyan edib. Onun sözlərinə görə Taliban qızların təhsil almasına qarşı deyil.

Qeyd edək ki, talibançılar ötən ilin oktyabrında 16 yaşlı Malalanı ölümçül yaralamışdı.O Londnda uzun müalicədən sonra yenidən həyəta dönüb.

Ötən həftə BMT-nin Nyu-Yorkdakı baş qərərgahında onun çıxışı oldu. Malala çıxışında deyib ki, talibançılar onu susmağa məcbur edə bilməyəcək. O həmçinin beynəlxalq aləmi uşaqların təhsil hüquqları uğrunda mübarizəyə çağırıb.
XS
SM
MD
LG