Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:15

Türkiyə prezidenti gələn ay Azərbaycana səfər edəcək


Abdullah Gul
Abdullah Gul
Türkiyə prezidenti Abdullah Gülün Azərbaycana səfərinin tarixi dəqiqləşib.

Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, prezident avqustun 15-də gələcək. Səfərdə məqsəd Azərbaycanda keçiriləcək türkdilli ölkələrin sammitində iştirak etməkdir. İki gün davam edəcək səfər çərçivəsində Türkiyənin dövlət başçısının bir sıra rəsmi görüşləri nəzərdə tutulur.

Abdullah Gülü səfərdə Türkiyənin xarici işlər naziri Ahmed Davudoğlu müşayiət edəcək.
XS
SM
MD
LG