Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Bakıda 2 nəfər dənizdə batıb


Bakıda iki nəfər dənizdə batıb. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Pirşağı qəsəbəsində çimərlikdə Məhərrəm Bağırov dənizdə çimərkən boğulub.

Digər hadisə isə Mərdəkan qəsəbəsində, «Dalğa Arena»nın yaxınlığındakı çimərlikdə qeydə alınıb. Bakı şəhər sakini 42 yaşlı Araz Nadirov dənizdə çimərkən boğularaq ölüb.

Hər iki şəxsin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
XS
SM
MD
LG