Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:36

AMEA-da Neft institutu yaradılacaq


Azərbaycan Milli Elmlər Akademiyasında yeni neft institutunun yaradılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə deyib. Onun sözlərinə görə, Azərbaycan neft diyarı olduğu üçün belə institutun yaradılması vacibdir.

A. Əlizadə deyib ki, artıq bu təklifə dəstək verilib. Hazırda Prezident Administrasiyasında bununla bağlı xüsusi sərəncamlara baxılır.

Akademiya prezidenti bu institutun yaxın zamanlarda yaradıla biləcəyini də söyləyib.
O, əlavə edib ki, AMEA-da dünya siyasətini öyrənən bir qurum da yaratmaq istəyirlər: «Görək, bu dəstəklənəcəkmi? Hesab edirəm ki, akademiyada yeni vacib olan qurumlar yaradılmalıdır».

Akademik bildirib ki, AMEA-nın institutların boş qalan direktor vəzifələrinə direktorların seçilməsi üçün seçkilər payızda olacaq. Bununla bağlı bu günlərdə elan veriləcək.
XS
SM
MD
LG