Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:48

Ramazan ayı ilə bağlı Dini Komitə tədbirlər planı hazırlayıb


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ramazan ayı ilə bağlı tədbirlər planı hazırlayıb. Bu barədə iyulun 18-də komitənin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, planın tərkib hissəsi olaraq Ramazan ayı boyunca dini icmalar, o cümlədən, vətəndaşlar üçün yarana biləcək hər hansı problemlə əlaqədar «qaynar xətt» (012 437 31 15) fəaliyyətə başlayıb.

Bundan başqa məlumatda Komitənin bölgələrdə dini icmalar üçün iftar süfrələri təşkil etdiyi, şəhid ailələri, əlillər və məcburi köçkünlərə yardım aksiyaları keçirdiyi qeyd olunur.
XS
SM
MD
LG