Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:22

«Pula qalsa Səudiyyə Ərəbistanı dünya çempionu olmalıydı...»


Mətbuat icmalı
Mətbuat icmalı
-

BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ 5 MİLYON MANATA YAXIN CƏRİMƏLƏNDİ

«Bizim yol» qəzeti Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 4 milyon 700 min manat məbləğində cərimələndiyindən yazır. Qəzetə görə, İH-yə qarşı iddianı «İntur-avto» Açıq Səhmdar Cəmiyyətinin sədri Aydın Heydərov irəli sürüb.

İddiaya səbəb Heydər Əliyev Mərkəzinin tikintisi ilə əlaqədar aparılan söküntü işləri zamanı «İntur-avto» ASC-yə məxsus 3-4 mərtəbəli tikililərin qanunsuz sökülməsi və oradakı avadanlıqların daşınıb aparılmasıdır.

Qəzetin yazdığına görə, Nəsimi rayon məhkəməsinə müraciət edən sahibkar öz iddiasında icra hakimiyyətinin 18 milyon manata yaxın cərimələnməsini istəyib.
Sahibkarın vəkili «Kamandar Nəsibov bildirib ki, iddia tam təmin edilmədiyi üçün Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklər».

RÜSTƏM İBRAHİMBƏYOVUN NAMİZƏDLİYİ QEYDƏ ALINMASA...

«Yeni Müsavat» Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmazsa Milli Şuranın hansı addımlar ata biləcəyinə aydınlıq gətirməyə çalışıb. «Turan» agentliyinin direktoru Mehman Əliyevə görə, «Rüstəm İbrahimbəyovun namizədliyi yəqin ki, qeydə alınacaq. Ancaq yenə də Milli Şura qərar verməlidir ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə hansı addımlar atacaq».

Politoloq Hikmət Hacızadə isə «İsa Qəmbər öz namizədliyini qüvvədə saxlamaqla siyasi meydanın boş qalma təhlükəsinin qarşını aldığını» deyir. O hesab edir ki, Milli Şura bütün variantlarda sona qədər mübarizə aparmağa qərar verməlidir:

«Yox, Rüstəm İbrahimbəyovun tək namizədliyində israr edəcəklərsə, onda deməli, həmin adamların sona qədər mübarizə aparmaq fikri yoxdur və onlar boykota meyllənmək niyyətindədirlər».

«BƏLKƏ DƏ İSA QƏMBƏR MSK-YA RÜSTƏM İBRAHİMBƏYOVDAN ƏVVƏL MÜRACİƏT EDƏCƏK»

«Azərbaycan» qəzeti yazır ki, «ehtiyat namizəd» variantı ziddiyyətləri açıq müstəviyə çıxarmaqla «Milli Şura»nın iflasını sürətləndirir».

Qəzet qeyd edir ki, «bəlkə də İsa Qəmbər Mərkəzi Seçki Komissiyasına Rüstəm İbrahimbəyovdan əvvəl müraciət edəcək. Bax, əsl «müharibə» onda başlayacaq. «Milli Şura»nın dağılma, parçalanma prosesi sürətlənəcək və AXCP-Müsavat qarşıdurması qoca rejissorun böyük ümidlərlə yaratdığı qurumu tarixin arxivinə göndərəcək».

HAKİMİYYƏT DƏYİŞSƏ AZƏRBAYCAN FUTBOLUNDA NƏ BAŞ VERƏR?

«Futbol+» qəzeti hakimiyyət dəyişikliyi ehtimalının Azərbaycan futboluna necə təsir edə biləcəyi ilə bağlı sabiq baş nazir Pənah Hüseynə müraciət edib:

- Təsəvvür edək ki, prezident seçkilərində hakimiyyət dəyişikliyi baş tutdu...hazırda iqtidarda olan Kəmaləddin Heydərov «Qəbələ»yə, Hafiz Məmmədov da «Bakı»ya yardımı dayandırsa bu klublar çökərmi?

- Türkiyədə neçə hökumət dəyişib, amma «Qalatasaray», «Fənərbaxça» və ya «Beşiktaş» kimi komandalar öz öncüllüklərini saxlayıblar. ...İnhisarçılıqdan xilas olsaq Azərbaycan futbolu inkişaf edər. Təcrübə göstərir ki, azad və sağlam rəqabət futbolun inkişafına daha müsbət təsir edir... pula qalsa Səudiyyə Ərəbistanı dünya çempionu olmalıydı».

«Azadlıq» qəzeti Rüstəm İbrahimbəyovun iyulun 30-da Azərbaycana gələcəyini yazır. Qəzet onun Rusiya vətəndaşlığından məhrum edilməsi məsələsinə də həmin vaxt baxılacağını qeyd edir.

GƏNCLƏRİN 15 SUTKALIQ HƏBSİ VƏ RADİKAL MÜXALİFƏT

«Yeni Azərbaycan» qəzeti yazır ki, «radikal müxalifət bəzi gəncləri öz bəd əməllərinə alət edir»:

«Bir neçə gənc inzibati qaydada 15 sutkalıq həbs edilib. Lakin radikal düşərgədə bu hüquqi prosesdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG