Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:58

Azərbaycan ötən il Rusiyadan ən çox silah alan 5-ci ölkədir


Mi-17 helicopters

Mi-17 helicopters

2012-ci ildə Rusiyanın satdığı silah və texnikanın 5 faizi Azərbaycanın payına düşür.APA-nın məlumatına görə, bu barədə Rusiyanın «Voenno-promışlennıy kuryer» nəşrində dərc olunmuş hesabat-analizdə bildirilir.

Ümumilikdə Rusiyanın hərbi ixracatında ilk üçlükdə 40% payla Hindistan, 14% payla Əlcəzair, 10% payla isə Vyetnam gəlir.

Sonrakı üç yeri isə hər biri 5% payla Çin, Azərbaycan və Venesuela tutub.

Ötən il Rusiya Azərbaycana 16 ədəd Mi-8/17- Mi-35M tipli helikopterlər, BTR-80/80A tipli döyüş maşınları, gəmi əleyhinə raketlər, «Skorpion LŞA» və «Skorpion LŞA-B» tipli yüngül zirehli avtomobillər, 18 ədəd iri çaplı artilleriya sistemi (Msta-S) və 1200 daşınan zenit-raket kompleksi satıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG