Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:12

Minlərlə əlil iş axtarışında...


Foto: Arxiv
Foto: Arxiv
-
Laçın rayonundan köçkün düşüb Tərtərdə məskunlaşan 30 yaşlı Gəray Rəhimov gözdən 1-ci qrup əlildir. Bu əlillik ona cəmiyyətdə özünü gərəksiz kimi hiss etdirir.

«SONRA DA DEYİRLƏR, FİLAN ƏLİL ÖZÜNÜ ASDI»

- İşləmək bacarığım var, ancaq əlil olduğuma görə heç yerə işə götürmürlər.

- Məsələn, əlinizdən hansı iş gəlir?

- Hansısa şirkətdə, ya hökumət təşkilatında telefon operatoru işləyə bilərəm. Bacarığım var. Azacıq məvaciblə də olsa, işləyərəm. Əlillər üçün işsizlik daha dəhşətlidir. Biz özümüzü gərəksiz kimi hiss edirik. Məşğuliyyət yoxdur deyə, depressiyaya düşürük. Sonra da deyirlər, filan əlil özünü asdı. İnsan nə qədər özünə qapanar? Əli, ayağı, gözü üstündə olan belədir ki, başını nəyləsə qata bilir.

Gəray Rəhimov deyir, Tərtərdə hökumət və qeyri-hökumət təşkilatı qalmayıb ki, iş üçün müraciət etməsin. Hər dəfə ona əlilliyini əsas gətirərək iş verməyiblər.

30 MİNDƏN 4 MİNİ İŞQABİLİYYƏTLİ OLSA DA...

Şikayətçi:

«Qanunda da var ki, işçilərdən 25 faizi əlillər təşkil edir. Bizdə isə yoxdur. İcra başçısının yanına getdim. Dedi, heç gözü olanlara iş tapılmır».

Respublika Gözdən Əlillər Cəmiyyətinin sərdi Səmiyar Abdullayevin deməsinə görə, ölkədə 30 mindən çox gözdən əlil var. Onlardan 4 min nəfərə yaxını əmək qabiliyyəti olanlardır. Dövlət müəssisələrində çalışan əlillərin sayı isə cəmi 600-700 nəfərdir. Cəmiyyətin sədri deyir ki, qanunvericiliyin müəyyən etdiyi kvotaya əsasən, əvvəllər əlilliyi olanların işə düzəlməyi ilə bağlı say nisbəti hər 25 nəfərdən bir nəfər idisə, indi hər 25 nəfərdən 4-ü əlil işçi olmalıdır. Reallıqda isə bu, öz əksini tapmır.
XS
SM
MD
LG