Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:51
-
AzadlıqRadiosunun «Qaynar xətt»inə gələn zənglərdən biri Astaranın 75 yaşlı sakini Şahnisə Əliyevadandır. Tək-tənha, evsiz-eşiksiz qadın həm də 1-ci qrup əlildir. Deyir, əlil olduğuna görə heç vaxt işləməyib. 6 il əvvələ qədər onun-bunun qoltuğunda yaşayıb. Sonra bir müddət küçə həyatı sürüb. Tək, əlil, ahıl qadına yazığı gələn Astara rayon Mərkəzi Xəstəxanasının işçilərinin gücləri yalnız buna çatıb ki, ona xəstəxana həyətindəki istifadəsiz binada bir qarış yer versinlər. Beləcə, Şahnisə Əliyeva 6 il əvvəl xəstəxana həyətindəki binaya sığınıb. Ancaq xəstəxana həyətində başlanan təmir işləri Şahnisə arvadı yenə küçədə qalmaq təhlükəsi ilə üz-üzə qoyub:

«Çoxdandır ev-eşiksizəm, elə atırlar məni ora-bura. 6 il əvvəl məni xəstəxana həyətindəki binaya sığındıranda demişdilər 5-6 ay burda qal, sənə ev verəcəyik. O 5-6 ay 5-6 ilə döndü. Məni burdan da çıxardırlar. Deyirlər, buranı zəbt eləmisən, səni məhkəməyə verərik».

Astara rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Kərim Nəzərov bildirib ki, getməyə yeri olmayan Şahnisə Əliyevaya 6 il əvvəl xəstəxananın həyətindəki gigiyena və epidemiologiya mərkəzinin keçmiş binasında müvəqqəti sığınacaq verilib. Ancaq xəstəxana ərazisindəki təmir, quruculuq işləri ilə əlaqədar həmin bina da boşaldılıb ki, təmir edilib istifadəyə verilsin. Şahnisə Əliyevaya bundan sonra haradasa sığınacaq vermək isə rayon icra hakimiyyətinin vəzifəsinə daxildir.

Astara rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Mahmudov isə bildirib ki, Şahnisə Əliyevanın vəziyyəti ilə maraqlanıb ona sığınacaq verilməsi üçün əlindən gələni edəcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG