Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:09

«3 gəncin həbsi siyasi motivlidir»


Ülvi Həsənli, Kənan Qasımlı və Məcid Məcidli
Ülvi Həsənli, Kənan Qasımlı və Məcid Məcidli
-
Azərbaycanda üç gənc fəala kəsilən 15 sutka cəza siyasi motivlidir və son aylar bu ölkədə onlarla müxalifət fəalının həbsinin davamıdır.

Bunu Böyük Britaniyada mənzillənən ARTICLE 19 təşkilatı yaydığı bəyanatda bildirir. Qurum xüsusilə prezident seçkisi ərəfəsi müxalifət fəallarının davamlı olaraq hədəfə alınmasını pisləyir.

İyulun 15-də Səbail rayon məhkəməsi hər 3 gənc fəalın – Ülvi Həsənli, Kənan QasımlıMəcid Məcidlinin polisə müqavimət göstərdikləri üçün 15 sutka azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

«Demokratiyanın əsas açarı olan ifadə azadlığından istifadə etdiyinə görə üç fəalın saxlanması Azərbaycan hakimiyyətinin insan haqlarına, seçki ərəfəsi lazımlı demokratik prosesə tamamilə hörmət etmədiyinin göstəricisidir», - bunu ARTICLE 19-un icraçı direktoru Dr. Agnes Callamard bildirib.

«Cəmiyyətin sağlam siyasi debat barədə öyrənmək və belə bir debata qatılmaq imkanı olmalıdır. Bu həbslər təkcə söz azadlığına deyil, eləcə də ümumilikdə demokratik inkişafa ciddi mənfi təsir göstərir», - o, sözlərinə əlavə edib.

ARTICLE 19 son aylar inzibati və aylıq cəzalara məhkum olunmuş fəalların adlarını sadalayır. Qurum, həmçinin, qanunvericiliyə onlayn təhqiri kriminallaşdıran son dəyişiklikləri xatırladır.

«Bu həbslər qanunvericiliyə dəyişikliklərlə birlikdə Azərbaycanda söz azadlığının getdikcə məhdudlaşdırıldığını göstərir», - bəyanatda belə deyilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG