Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:13

Müsyö Jordan bu dəfə əsl fransız olacaq [VİDEO]


«Dərviş Parisi partladır» bədii filmi

«Dərviş Parisi partladır» bədii filmi

-

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı beynəlxalq layihələrin anonsunu verib.

Teatrın direktoru İsrafil İsrafilov jurnalistlərə açıqlamasında bildirib ki, Hüseyn Cavidin «Şeyx Sənan» faciəsi Kote Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı ilə birgə səhnəyə qoyulacaq.

Direktorun bildirdiyinə görə, artıq əsər gürcü dilinə tərcümə edilib.

Yeni teatr mövsümündə nümayişi nəzərdə tutulan tamaşanın həm Bakıda, həm də Tbilisidə premyerası olacaq.

Jurnalistlərlə görüşdə İ. İsrafilov Sofoklun «Antiqona» faciəsinin xarici rejissor tərəfindən səhnəyə qoyulacağını da bildirib.

Daha bir beynəlxalq layihə polşalı rejissor Krzysztof Zanussi-nin Milli Dram Teatrında M.F. Axundovun «Müsyö Jordan və dərviş Məstəli şah» tamaşasını hazırlamasıdır.

Tanınmış rejissorun bu məqsədlə sentyabrda Bakıya gələcəyi planlaşdırılır.

«Müsyö Jordan» rolunu ilk dəfə fransız aktyor oynayacaq.

1976-cı ildə bu pyes əsasında çəkilən «Dərviş Parisi partladır» bədii filmində «Müsyö Jordan» rolunu tanınmış rus aktyoru Sergey Yurski canlandırmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG