Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:47

Bakıda sərnişin avtobusunda silahlı insident olub, ölən var


Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 17-də günorta saatlarında Rusiya səfirliyinin yaxınlığında qeydə alınıb. 6 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusunda baş verən silahlı insident zamanı bir nəfər güllələnib. Yaralı ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Polisdən bildirilib ki, ölən şəxsin adı Vəfadardır. Hadisəni törədən isə Anar Xəlilov adında biridir. O, artıq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
XS
SM
MD
LG