Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:39

4 abituriyent 700 bal toplayıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə keçirilən III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən 700 bal toplamış abituriyentlərin adlarını açıqlayıb.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, onlardan biri oğlan, üçü isə qızdır.

700 bal toplayan abituriyentlər Bakı, Sumqayıt, Tovuz və Mingəçevir məktəblərinin məzunlarıdır.

700 bal toplayan İsmayılov Məhəmməd Şahin oğlu Bakı şəhəri 258 saylı orta məktəbi, Qafarova Flora Eldar qızı Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyini, Murğuzova Nərminə Sahib qızı Tovuz rayonu Bozarqanlı kənd orta məktəbini, Məmmədli Nərmin Rövşən qızı Mingəçevir şəhəri 3 saylı şəhər orta məktəbini bitirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG