Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:26
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası III ixtisas qrupu üzrə iyulun 14-də keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb.Nəticələr komissiyanın internet saytında (www.tqdk.gov.az) yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 binada keçirilib. 2013-cü ildə III qrup üzrə 28939 abituriyent ərizə verib.Onlardan 26 776 nəfəri Azərbaycan bölməsinin, 2 163 nəfəri isə rus bölməsinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG