Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:24

Bir həftəyə qanunları pozan 762 əcnəbi aşkarlanıb


-
Dövlət Miqrasiya Xidməti ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 762 əcnəbini aşkar edib.

Bu barədə iyulun 16-da Xidmətin internet səhifəsində məlumat verilib.

Miqrasiya tələblərini pozanlardan 135 nəfəri cərimələndikdən sonra ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

590 əcnəbi barəsində Azərbaycan ərazisini 48 saat ərzində tərk etmə, 33 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərar qəbul edilib.

Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq sənədlərini itirən 4 əcnəbinin sənədləri yenisi ilə əvəzlənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG