Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:18

Kompyuterdə nəyi bilmirsiz?


-
Facebook-dan birbaşa şərh yaz

Kompyuterdə işləyərkən hansısa çətinliyiniz var? Qarşınızı çıxan suallara cavab axtarırsınız? Sosial şəbəkələr dadınıza çatar.
Bu məqsədlə facebookda açılan müxtəlif qruplarda könüllülər sizə yadımcı olar. Belə qruplardan birinin fəalları Azadlıq FM-də.
Verilişin sualı: Komyuterdə nəyi bilmirsiz?
Kompyuter mütəxəssisi Fariz İbiyev:

- Virtual olaraq kompyuter istifadəçilərinə yardım edirik. Bunun üçün qrup açmışıq və çalışırıq problemləri olanlara yardım edək.
- Adminlərə ünvanlanmış suallara gəldikdə isə, hərə öz sahəsinə aid suallara cavab verir...
- Hərə öz ixtisasına görə sual verir. Photoshop-da işləyənlər daha çox bu sahədə suallar soruşurlar. Programların, Youtube videoların yüklənməsi haqda xeyli sual verən adamlar var. Çalışırıq onların suallarını cavablandıraq...

Tamerlan Cəfərov:


- Facebook-a aid də tez-tez suallar soruşurlar. Məsələn, kimsə Facebook-da parolunu itiribsə, parolu bərpa etməklə bağlı sualları yaranır, bizsə çalışırıq sualları cavablandırıb, problemi həll edək.
- Biz özümüz bilmədiyimiz funksiyaları da öyrətmək, öyrənmək üçün dəsrlikdən istifadə edirik. Exel proqramıyla bağlı tez-tez suallar olur, onu da qrupumuzda cavablandırırlar...

İT mütəxəssisi Qafur İsayev:

- Hərə öz dünya görüşünə görə proqram axtarır. Ən çox anti-virus, ofis proqramları axtarılır. Daha sonra “Facebook parolları necə sındırılır?” sualına cavab axtarırlar…
- Mən faydalı iş üçün çalışıram. Heç kimə parol sındırmaq öyrətmirəm. Mən çalışıram ki, parol sındırmaqla bağlı suallara cavab verməyim…
- Kompyuterləri planşetlər əvəz edə bilməz. Planşet komputeri əvəz edə bilməz. Planşet sadəcə vaxt keçirmək üçün istifadə edilir.

Şərhləri göstər

XS
SM
MD
LG