Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:02

Azərbaycan-Türkiyə birgə təlimləri keçirilir


İyulun 16-da Azərbaycan-Türkiyə birgə təlimlərə başlayıb. Bu barədə Azərbaycanın Müdafiə nazirliyi məlumat yayıb.

Açılış mərasimində çıxış edən Silahlı Qüvvələrin Əməliyyat Baş İdarəsinin rəisi Eyvaz Cəfərov ilk dəfə keçirilən genişmiqyaslı birgə təlimləri yüksək səviyyədə qəbul edilmiş qərarların nəticəsi adlandırıb.

Tədbirdə həmçinin vurğulanıb ki, tərəflər birgə təlimi keçirməklə hər iki dövlət rəhbərliyinin qarşıya qoyduğu mühüm tapşırıqları icra etmiş olacaqlar. Eyvaz Cəfərov onu da bildirib ki, bu təlimlər Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması, əməliyyat uzlaşmasının əldə edilməsi, o cümlədən, regionda təhlükəsizlik və stabilliyin təmin edilməsi baxımından çox vacibdir.

Azərbaycan-Türkiyə birgə təlimləri hər il növbə ilə, Azərbaycan və Türkiyədə keçiriləcək.
XS
SM
MD
LG