Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:27

Elmar Hüseynovla bağlı aksiyaya start verildi [VİDEO]


Arxiv foto: Elmar Hüseynovun qəbri ziyarət olunur

Arxiv foto: Elmar Hüseynovun qəbri ziyarət olunur

-

«Art for Democracy» hüquq-müdafiə kampaniyası məhrum jurnalist Elmar Hüseynovla bağlı növbəti aksiyaya başlayıb. Bu barədə AzadlıqRadiosuna kampaniyanın koordinatoru Rəsul Cəfərov məlumat verib. Onun sözlərinə görə, məqsəd «Monitor» jurnalının baş redaktoru olmuş Elmar Hüseynovun xatirəsinin əbədiləşdirilməsidir:
«İlkin olar 17 iyul doğum günü ilə bağlı ona mahnı həsr edilib. Bu, «Tengri» rok qrupunun ifasında səslənən «Yad» mahnısıdır. Daha sonra onun bitirdiyi orta məktəbə adının verilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət olunacaq. Bundan başqa istəyirik ki, paytaxt küçələrindən birinə onun adı verilsin. Kampaniya Elmarın qatilləri tapılana qədər davam etdiriləcək. Yəni, simvolik olaraq bu aksiyanın bitmə tarixi yoxdur».

Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürülüb. Qətlin sifarişçiləri və icraçıları həbs edilməyib.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət ediblər.

Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub.

O, 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaatçılar İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir müddət Xudafərin SES-də və Rusiyada Boquçan SES-də ixtisası üzrə çalışıb.

Elmar Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də «Trend» analitik-informasiya agentliyini, 1996-cı ildə isə «Monitor» jurnalını təsis edib.

O, həmçinin «Bakinski bulvar», «Bakinskiye vedomosti» qəzetlərinin təsisçisi idi.


Günün bütün mövzuları

XS
SM
MD
LG