Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:26

Vyanada Dnestryanı region müzakirə olunur


Vyanada Dnestryanı regionla bağlı danışıqların növbəti mərhələsi keçirilir. 2 günlük danışıqlarda Moldova, Dnestryanı region, Rusiya, Ukrayna, ABŞ, ATƏT və Avropa Birliyi iştirak edir.

Moldovanın bu ilin mayında Dnestryanı regionla sərhəddə pasport nəzarəti tətbiq etməsi regionda vəziyyətin gərginləşməsinə səbəb olub.Görüşdə bu məsələ və Dnestryanı regionda yaşayan 300 min Rusiya və Ukrayna vətəndaşının statusu müzakirə olunacaq.

Dnestryanı region 1990-cı ildə Moldovadan ayrılaraq birtərəfli qaydada müstəqilliyini elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG