Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:07
-

İspaniya ayın əvvəllərində Boliviya prezidenti Evo Morales-in təyyarəsinin hava hüdudlarından keçməsinə icazə vermədiyinə görə Boliviyadan rəsmən üzr istəyib.

İspaniya, Fransa, İtaliya və Portuqaliya iyulun 2-də Moskvadan dönən Morales-in təyyarəsini hava hüdudlarına buraxmayıblar. Onlar hesab edib ki, ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snowden təyyarədə ola bilər.

Boliviya və digər Latın Amerikası ölkələri insidenti pisləyib və onu diplomatik normaların pozulması adlandırıblar.

Boliviya, Venesuela və Nikaraqua Snowden-ə siyasi sığınacaq təklif ediblər.

Bu arada Rusiya prezidenti Vladimir Putin isə onun Şeremetyevo hava limanındakı tranzit zonada qalmasına görə ABŞ-ı günahlandırıb.

Edvar Sovwden bu yaxınlarda ABŞ-da məxfi telefon və internet müşahidə sistemi olması barədə məlumat yayıb.

ABŞ onu casusluqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG