Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:44
İspaniya ayın əvvəllərində Bliviya prezidenti Evo Moralesin təyyarəsinin hava hüdudlarından keçməsinə icazə vermədiyinə görə, Boliviyadan rəsmi üzr istəyib.

İspaniya, Fransa, İtaliya və Poruqaliya iyulun 2-də Moskvadan dönən Moralesin təyyarəsini hava hüdudlarına buraxmayıblar. Onlar hesab edib ki, ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snowden təyyarədə ola bilər.

Boliviya və digər Latın Amerikası ölkələri insidenti pisləyib və onu diplomatik normaların pozulması adlandırıblar.

Boliviya, Venesuela və Nikaraqua Snowdenə siyasi sığınacaq təklif ediblər.
Rusiya prezidenti Vladimir Putin isə bu arada onun Şerementiyeva hava limanındakı tranzit zonada qalmasına görə ABŞ-ı günahlandırıb.

Edvar Sovwden bu yaxınlarda ABŞ-da məxfi telefon və internet müşahidə sistemi olması barədə məlumat yayıb.

ABŞ onu casusluqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG