Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:49

Yay başlayandan Bakıda 14 nəfəri ilan vurub


2013-cü ilin yay mövsümü başlayandan bu günə qədər Bakı üzrə 14 nəfər ilan vurması səbəbindən həkimə müraciət edib. Bunlardan da 7 nəfəri iyul ayında müraciət edib.

Zərərçəkənlərdən 13-ü xəstəxanalara yerləşdirilib, bir nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, bütün xəstəxanalar ilan zəhərinə qarşı zərdabla və tibbi vəsaitlərlə tam təmin olunub.

Yay ərzində gün vurma nəticəsində isə 21 şəxs xəstəxanaya müraciət edib, 9 nəfər xəstəxanaya yerləşdirilib. İyul ayı ərzində bu rəqəm 10 nəfər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG