Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:11
-

İyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 24 ili tamam olur.

Azərbaycanın bir sıra siyasi partiyalarının əsasında duran AXC 1989-cu ildə yaradılıb. Hərəkat Azərbaycanın müstəqilliyinə, ölkənin kommunist rejimindən azad olunmasına can atan qüvvələri özündə birləşdirirdi. SSRİ dağılandan sonra AXC-dən ayrılan qruplar siyasi partiya formasında fəaliyyətlərini davam etdiridilər.

Bu hərəkatın sədri Əbülfəz Elçibəy 1992-ci ildə prezidenti seçkilərində qalib gəlib.

Ancaq o, cəmi 1 il prezident səlahiyyətlərini yerinə yetirə bilib. 1995-ci ildə bu təşkilat hərəkatdan partiyaya hazırki AXCP-yə çevrildi.

2000-ci ildə, Əbülfəz Elçibəyin ölümündən sonra AXCP-də də parçalanmalar oldu. Bu təşkilatın bir hissəsi Klassik Xalq Cəbhəsi Partiyasını yaradıb.

2000-ci ildən Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir.

Partiya 1995-ci il parlament seçkilərində 4, 2000-ci il seçkilərində 6, 2005-ci il seçkilərində 1 deputat yeri qazanıb. 2010-cu il seçkilərindən sonra parlamentdə təmsil olunmur.

1993-cü ildən qərargahsız fəaliyyət göstərir. AXCP uzun illər Xaqani 33 ünvanında, «Azadlıq» qəzetinin balansındakı binada yerləşib.

2006-cı ildə qəzet və partiya bu binadan çıxarılıb. Həmin il bina Hesablama Palatasının balansına verilib.

Bundan sonra partiyaya Bakının Keşlə qəsəbəsində qərargah təklif olunsa da bundan imtina edilib. Partiyanın rəhbər qurumlarının toplantıları digər müxalifət partiyalarının qərargahlarında keçirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG