Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:36

Cəmiyyətin gücü R. İbrahimbəyovu qeydiyyata aldıracaq qədər deyildisə....


Mətbuat icmalı

Mətbuat icmalı

-

CƏMİYYƏTİN GÜCÜ RÜSTƏM İBRAHİMBƏYOVU QEYDİYYATA ALDIRACAQ QƏDƏR DEYİLDİSƏ....

«Cəmiyyət hakimiyyətdəki fərdlərin yox, sistemin dəyişməsini istəyir». Bunu «Azadlıq» qəzetinə müsahibəsində AXCP Rəyasət Heyətinin və Milli Şuranın üzvü Sahib Kərimli deyib. Hakimiyyətin seçki təşvişi yaşadığını deyən Sahib Kərimli Rüstəm İbrahimbəyovun qayıdışı ilə yeni bir mərhələnin başlanacağını bildirir:

«...cəmiyyət fərqində olmalıdır ki, onun gücü Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovu qeydiyyata aldıracaq qədər deyilsə, qarşıya qoyulan demokratik islahatların reallaşması da sual altında olacaq».

XARİCDƏ GƏLƏCƏK AXTARANLAR

«Yeni Azərbaycan» qəzeti yazır ki, «radikallar Azərbaycanın gələcəyini xaricdə axtarırlar»:

«Onu da qeyd edək ki, ideyası, fəaliyyət prinsipləri xaricdə hazırlanan qondarma «Milli Şura», gözlənildiyi kimi, ölkə daxilində heç bir maraq və dəstək tapmayıb. Təxminən bir ay bundan qabaq elan edilməsinə baxmayaraq, onun fəaliyyəti əsla hiss olunmur, əksinə cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri bu qondarma quruma qarşı qınaqlarla çıxış edir...».

SEÇKİDƏ PUL OLMASA DA OLAR

«Müxalifətin seçki kampaniyasına pulu varmı?». «Yeni Müsavat» bu məsələyə ekspertlərin fikrini öyrənib. İqtisadçı Qubad İbadoğlu hesab edir ki, maliyyə vəsaitinin siyasi məkandakı təsiri daha çox demokratik ölkələr üçün əhəmiyyətli faktordur.

«Turan» agentliyinin direktoru Mehman Əliyevsə hesab edir ki, əgər maliyyə faktorunun rolu iddia edilən səviyyədə olsaydı, onda ərəb ölkələrində diktatorlar devrilməzdi:

«İndi xalın siyasi dəyişiklik istəyi hətta 1988-ci ildə olduğundan da çoxdur. Ona görə də cəmiyyəti fəallaşdırmaq üçün maliyyə vəsaiti vacib olsa da, Azərbaycanda buna o qədər də ehtiyac olmayacaq. Çünki cəmiyyət fəallaşmağa artıq özü hazırdır».

AVROPA PARLAMENTİ AZƏRBAYCANA MÜŞAHİDƏ MİSSİYASI GÖNDƏRMƏYƏCƏK

«Avropa Parlamentinin Azərbaycana müşahidə missiyası göndərməsi nəzərdə tutulmayıb». Bunu «Bizi yol»a müsahibəsində Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib.

Elxan Süleymanov Avropa Parlamenti mətbuat xidmətinin rəhbəri Marjory Van Den Broeken-in AzadlıqRadiosuna bu məsələ ilə müsahibəsinə də toxunub. Elxan Süleymanov adı çəkilən şəxsin bu barədə qərarın sentyabrda verilə biləcəyi barədə dediklərini məntiqsizlik hesab edir:

«Nə üçün seçkilərin oktyabrın sonunda və noyabr ayı ərzində keçiriləcək ölkələrə missiyaların göndərilməsi məsələsi iyul ayının əvvəlində həll edildiyi halda, oktyabrın birinci yarısında həmin ölkələrdən xeyli əvvəl seçkilər keçiriləcək Azərbaycana müşahidə missiyasının göndərilməsi barədə qərar sentyabrda veriləcək? Bu normal bir halda məntiqsizliyin nümayişidir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG