Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:39

ABŞ rəsmisi Misirdəki hərbi hakimiyyəti siyasi həbslərdən çəkinməyə çağırıb


Adli Mansour və William Burns

Adli Mansour və William Burns

ABŞ Misirdə hakimiyyətə gəlmiş hərbçiləri siyasi həbslərdən çəkinməyə çağırıb. Belə bir bəyanatla bu gün Qahirədə səfərdə olan ABŞ Dövlət katibinin müavini William Burns çıxış edib.
O müvəqqəti prezident Adli Mansurla görüşdən sonra ölkəsinin Misirin demokratik inkişafında olduqca maraqlı olduğunu bildirib və qeyd edib ki, öz gələcəyini yalnız Misir xalqının özü müəyyən edə bilər.O həmçinin bildirib ki, ABŞ Misirdəki daxili münaqişədə heç kim, hər hansı bir partiya və ya siyasətçinin təfəini saxlamır.

Amma onun devrilmiş prezident Mohammad Morsinin təmsil olunduğu Müsəlman qardaşları hərəkatının üzvləri ilə görüşüb-görüşməyəcəyi bəlli deyil.İslamçılar yeni hökumətlə əməkdaşlıqdan imtina edirlər.

İyulun 3-də baş vermiş çevrilişdən bu yana ölkədə 90-dan çox adam ölüb.
General Abdel Fattah al Sissi dünən televiziya ilə müraciətində hərbi çevrilişə haqq qazandırıb və keçmiş prezident Mohammad Morsini səlahiyyətlərini aşmaqda günahlandırıb.

Prokurorluq 14 islamçı liderin həbsinə order verib.Hərəkatın lideri Mohammad Badi də daxil olmaqla onların bank hesabları dondurulub. Yeni seçkilərədək ölkəni müvəqqəti hökumət idarə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG