Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:08

ATƏT sədri: " Minsk qrupu daha fəal işləyə bilər"


Edward Nalbandyan və Leonid Kozhara

Edward Nalbandyan və Leonid Kozhara

Ermənistanın xarici işlər naziri Edward Nalbandian bu gün Yerevanda ATƏT-in hazırkı sədri, Ukraynanın xarici işlər naziri Leonid Kozhara ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər, habelə Ukraynanın təşkilata sərdliyi dövründə prioritet məsələlər müzakirə olunub.

Bu barədə Nalbandian görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında məlumat verib. O görüşdə Dağlıq Qarabağ probleminə də toxunulduğunu bildirib.

“Dondurulmuş münaqişələr ATƏT-in sədrli kimi Ukraynanın qarşısında duran əsas məsələlərdən biridir .Buna görə də bugünkü görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə daha böyük diqqət yetirildi”

Kozhora isə qeyd edib ki, bu yöndə dövlət başçıları da daxil olmaqla daima müxtəlif formatlarda danışıqlar aparılır və biz sədr ölkə kimi bu danışıqların daimi və vaxtaşırı olmasında maraqlıyıq. Ukrayna həmçinin Minsk qrupu, xüsusilə də həmsədr ölkələrin bu yöndə səylərini dəstəkləməkdə davam edir:

“Hərcənd biz hesab edirik ki, Minsk qrupu daha aktiv işləməli və hansısa konkret, praktiki nəticələr olmalıdır. Çünki müxtəlif konfranslar və iclaslar nəticəsində hələlik heç bir beynəlxalq münaqişə həll olunmayıb. Səmərəli və praktik iş gərəkdir”- deyə o vurğulayıb.

Kozhora həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında vaxtaşırı görüşlər təşkil etmək lazımdır və Ukrayna öz ərazisində bu cür dəyirmi masa və konfranslar keçirilməsinə kömək etməyə tam hazırdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG