Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:51

Şimal bölgəsində polis postlarının səbəbi bəlli oldu


Foto: Arxiv
Foto: Arxiv
-
Son 5 gün ərzində Azərbaycanın şimal bölgəsində polis postlarının qurulmasının səbəbi bəlli olub.

Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib:

«Bu addım ağır cinayət törətməkdə şübhəli bilinən silahlı bir şəxsin tutulması ilə bağlı idi. Keçirilən tədbir uğurla nəticələnib».

Orxan Mansurzadə yaxın vaxtlarda bu barədə ətraflı məlumat verəcəklərini deyib.

İyulun 13-də Quba, Xaçmaz sakinləri AzadlıqRadiosuna ərazidə polis postlarının qurulmasından, avtomobillərin saxlanılaraq sürücülərin sorğu-sual edilməsindən, sənədlərinin yoxlanılmasından narahatlıqlarını bildirmişdilər.
XS
SM
MD
LG