Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:57

Daha üç fəal saxlandı


-
İyulun 15-də N!DA Gənclər Təşkilatının iki üzvü Fəvvarələr Meydanı yaxınlığında saxlanıb. Bunlar Tural ŞəkərliMəhəmməd Qurbanovdur.

Bu haqda AzadlıqRadiosuna N!DA üzvü Rəhim Vəliyev bildirib. Onun dediyinə görə, gənclər həbsdə olan N!DA İdarə Heyətinin üzvü Rəşadət Axundovun şəkli olan köynək geyərək dinc etiraz edirlərmiş. Amma az sonra polis onları aparıb.

Eyni vaxtda AXCP Gənclər Komitəsinin üzvü Azərtürk Əlisoyun saxlandığı da deyilir.

Daxili İşlər Nazirliyindən hələlik gənclərin saxlanma səbəbini öyrənə bilməmişik.

N!DA-nın hazırda 7 üzvü həbsdədir. Onlar narkotik maddə və qanunsuz silah saxlamada təqsirli bilinir. İyulun 15-də isə qurumun daha bir üzvü Kənan Qasımlı da polisə müqavimət göstərməkdə ittiham olunaraq 15 sutka cəza alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG