Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:04
-
Halalgoogling-in reklamı üçün yaradılan veb-saytda bildirilir ki, mühərrik «pornoqrafiya, çılpaqlıq, gey, lesbian, biseksual, qumar» tipli anti-İslam kontenti, yaxud şəriətlə haram sayılan məzmunu buraxmır.

Bu ifadələrin axtararkən, ancaq onların lüğəti təriflərinin siyahısı çıxır.

11 dildə mövcud olan bu axtarış mühərrikində foto axtarışı yoxdur.

Brauzerin işə salındığı gün – iyulun 7-də yayılan press-relizdə Pakistanın gündəlik «The Express Tribune» qəzeti bildirirdi ki, Halalgoogling Google və Bing kimi digər böyük axtarış mühərriklərindən bilgi toplayır.

Layihə yaradıcılarının kimliyi bəlli deyil. Press-relizə görə, bütün dünyadan bir qrup «İnternet eksperti» illərdir bu ideya üzərində çalışıb. Halalgoogling AzadlıqRadiosunun müsahibə üçün müraciətini cavablandırmayıb.

Veb-məzmunun bitkin filtrasiyasının çətinliyini anlayan sayt administratorları istifadəçilərdən kömək istəyiblər. Onlardan İslam prinsiplərinə zidd kontent barədə xəbər vermələri xahiş olunub. Onlar «yol verdiyimiz, yaxud gələcəkdə yol verə biləcəyimiz təsadüfi səhvlərə görə» öncədən üzr də istəyirlər.

Standart mühərrik variantlarından başqa, Halalgoogling-də təhsil yazıları, İslama dair forumlar da var. Saytda nəyi axtaracağınızı bilmirsinizsə, «random» axtarış mühərrikini də tıklaya bilərsiniz. Bu halda istifadəçilər müxtəlif linkləri görür. Həmin linklərdə sözlərin qrammatik fərqindən tutmuş, saç tökülməsinin qarşısının alınması, yaxud məşhur müsəlmanların siyahıları barədə məlumatla tanış olmaq mümkündür.

«DONUZ ƏTİ YEMƏK» YAZANDA…

Halalgoogling konkret kontenti təmizləyən ilk axtarış mühərriki deyil. Google-da SafeSearch adlı filtr seksual məzmunlu video, foto və linkləri pozur.

Google-un işə saldığı Islamic Search mühərriki də üstünlüyü müsəlman saytlarına verir və pornoqrafik materialları silir.
Google

Google


«Donuz əti yemək» ifadəsini axtaranda Halalgoogling və Islamic Search-də oxşar nəticələr çıxır, ancaq onlar Google nəticələrindən ciddi fərqlənir.

Halalgoogling və Islamic Search donuz ətindən istifadəyə dair İslam qadağalarını, standart Google search isə bu qadağalardan kənara çıxan nəticələri də göstərir.

[Halalgoogling search result: http://gdb.rferl.org/AF7C4A92-0F09-42F2-A9DC-C8E98FFE69D2.png]

[Islamic Search engine results: http://gdb.rferl.org/8EE2E019-9BC0-480C-A3CC-2C7CDD9CA18D.png]

[Google search result:
http://gdb.rferl.org/3A11BBCA-843F-40E2-A00B-63CA31C819D1.png]

Seksual xarakterli material arayarkən, Halalgoogling-də ya lüğəti mənalara linklər, ya da axtarışın nəticəsiz qaldığını bildirən mesaj çıxır: «No results found or you have searched Haram (forbidden) content».

GOOGLE-A RƏQİB OLA BİLƏCƏKMİ?

Tarixçi alim Altay Göyüşov bu mühərriki əqidə və inanc problemi yaşamadan texnologiyalardan istifadə istəyi ilə bağlayır. Hər hansı icma öz həyat qaydasını formalaşdırır, özünə uyğun sistem yaradır. Məsələn, ABŞ-da texnikadan istifadə etməyənlər, yaxud İstanbulda dindar Fateh məhəlləsi var. Halalgoogling texniki nailiyyəti öz əqidəsinə uyğun istifadə etmək istəyənlər üçündür. Ancaq alimin fikrincə, bu addımın özünü doğruldub-doğrultmayacağı şübhə altındadır. Axı praktika belə addımların səmərə vermədiyini göstərib: Altay Göyüşov

Altay Göyüşov


«İnternet elə bir məkandır ki, əsas nailiyyətlərindən biri məhz maneələrin götürülməsidir. Texniki üsullarla bunu həyata keçirmək mümkün deyil. Ancaq insan özü buna nail ola bilər».

Altay Göyüşov istənilən brauzerdə hansısa kontenti əngəlləyən alətlərin olduğunu da vurğulayır. Məsələn, Google-un özündə də bu modifikasiyalar mümkündür:

«Bu baxımdan həmin məkandan, həmin dünyadan fərqli bir dünya yaradıb bunu funksionallaşdırmaq bir az çətin məsələdir».

«Bənzər layihələr cəmiyyətin tələbatından doğur, yoxsa daha çox kommersiya məqsədi güdür» sualını Altay Göyüşov belə cavablayır:

«Tələbatın kommersiyaya yararlı dərəcədə böyük olmasına şübhəm var. Ancaq əsas məsələ ondan ibarətdir ki, hər hansı şəkildə alternativ yaratmaq hansısa siyasi motivasiyadan doğursa, onda bu tip şeylər uğursuzluqla nəticələnir. Kommersiya layihəsi kimi uğur da qazana bilər».

Altay Göyüşov bu layihənin effektinin Google səviyyəsinə qalxmasının problem ola biləcəyini düşünür. Axı nəyisə axtaran daha keyfiyyətli nəticə istəyir, nəinki hansısa şəraitə, prinsiplərə uyğunlaşdırılan.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG