Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:03
İyulun 24-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə V Qəbələ Beynəlxalq Musiqi Festivalı başlanacaq.

APA-nın məlumatına görə, avqustun 6-dək keçiriləcək festivalda Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba, Qazaxıstandan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - Yerusəlim Simfonik Orkestri, Yuri Başmet və "Yeni Rusiya" simfonik orkestri, Kuba caz qrupu, Amos Talmon, Boris Berezovski, Vadim Repin, Oksana Yablonskaya, Dmitri Yablonski, Yader Benyamini, Mirko Roverelli, Mixail Qutman və başqaları iştirak edəcəklər.

Festival konsertlərində isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, gənc solistlər, muğam ifaçıları və b. cıxış edəcəklər.

Festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG